Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 milyard kubmetrə çatıb.
Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bəri ixrac həcmi əhəmiyyətli dərəcədə artıb və Azərbaycanın qaz təchizatı coğrafiyası genişlənib.
Hazırda Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.
Xatırladılır ki, “ÅžahdÉ™niz” yatağından Avropaya qaz nÉ™qli üçün nÉ™zÉ™rdÉ™ tutulmuÅŸ Transadriatik qaz kÉ™mÉ™ri 2020-ci il noyabrın 15-dÉ™ kommersiya istismarına verilib. 878 km uzunluÄŸunda olan kÉ™mÉ™r Yunanıstan, Albaniya, Adriatik dÉ™nizi vÉ™ İtaliyadan keçir.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb və 2027-ci ilə qədər tədarük illik minimum 16 milyard kubmetrə çatdırılmalıdır.
Genişləndirmə mərhələsində İtaliya 1 milyard, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.
Fuad Mədətov
Finss.az