EN

Rusiya Çindən pivə idxalını rekord həddə çatdırıb

2025-ci ilin ilk beş ayında Rusiya Çindən  rekord məbləğdə 13,5 milyon dollara pivə alıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu, Çinin gömrük məlumatlarında yer alıb.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi 1,6 dəfə artıb.

Çin pivəsinin alıcıları arasında Rusiya dördüncü yerə yüksəlib. Tayvan (63,7 milyon dollar), Myanma və Honq Konq isə ayrı-ayrılıqda 28,1 milyon dollarlıq pivə alıb.

Ümumilikdə Çin yanvar-may aylarında xaricə 216 milyon dollar dəyərində pivə satıb ki, bu da ötən ilin eyni dövründəki göstəricini üstələyib.

Gülşən Şərif

Chosen
10
1
bakivaxti.az

2Sources