EN

ABŞ NATO-nu Ukraynaya qapılarını bağlamağa çağırıb

Alyansa üzv ölkələr Rusiya ilə birbaşa toqquşma qorxusundan Ukraynaya qapıları bağlayacaqlar.

Korrespondent.az “Foreign Affairs” jurnalına istinadən xəbər verir ki, Ukraynanın NATO- ya qəbulu ilə bağlı əvvəlki vədlərə baxmayaraq, respublikanın dəvət olunması ilə bağlı alyans daxilində konsensus əldə olunmayıb və yaxın gələcəkdə reallaşma ehtimalı azdır.

Eyni zamanda Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın müdafiəsini Rusiya ilə müharibəyə başlamaq üçün əsas hesab etmədiklərini açıqlayıblar.

Qeyd olunub ki, Avropa ölkələrinin Ukraynanın NATO-ya daxil olması ilə bağlı iddiaları respublikanın mövqeyini daha da zəiflədir, çünki Kiyev bu məsələdə mütləq uğursuzluğa düçar olacaq.

Ukraynanın alyansa qoşulmaqdan imtinası təkcə Rusiya ilə atəşkəs danışıqlarını asanlaşdırmayacaq, həm də ona Kiyevlə səmimi danışmağa imkan verəcək.

1Sources