EN

Deputat:"Naxçıvan Konstitusiyasına dəyişikliklər Vətən müharibəsindəki qələbəmizin nəticəsidir"

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında həyata keçirilən dəyişikliklər ilk növbədə Vətən müharibəsində əldə etdiyimiz qələbəmizin parlaq nəticəsidir".

Bunu Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Ali Qanunumuzun bütövləşməsi ölkəmizin həyatında konstitusion islahatları həyata keçirməyə imkan verdi:

"Əks halda, separatizmin mövcud olduğu şəraitdə, unitar quruluşumuzun və dövlət idarəçiliyindəki iyerarxiyanın: bir dövlət-bir prezident-bir konstitusiya prinsipinin tətbiqini qeyri-mümkün edərdi. Ona görə də əldə olunan parlaq hərbi Zəfərimizin indi ölkəmizin bütün coğrafiyasında - onun hər kvadratmetrində gerçəkləşməsinə yol açması tarixi hadisədir və biz indi mühüm milli əhəmiyyət daşıyan hüquqi aktı müzakirə edirik".

"1990-cı illərdə ulu öndərin SSRİ rəhbərliyindən xalqımıza dönüşü və faktiki Azərbaycanı məhz Naxçıvandan başlayaraq xilas etməsi milli tariximizin həm də hüquqi-siyasi tərcümeyi-halıdır. O zaman Heydər Əliyevin müstəsna qərarları həm də onun Ali Məclisin sədri olması ilə bağlıdır, nəinki kiçik bir coğrafiyanı qoruduğunu, eləcə də sonra bütün xalqımızın qurtuluşunda mühüm rol oynadığını qəbul edirlər. Status və Konstitusiya hesabına torpağı qorumaq nümunəsi, müdafiəsini təşkil etməsi Heydər Əliyevin liderliyi ilə öz təntənəsini tapdı. İndi isə Ali Baş Komandan İlham Əliyev yeni tarix yazır, regional-beynəlxalq gerçəklik yaradır", - deputat vurğulayıb.

Z.Oruc əlavə edib ki, dəyişikliklər məhz hüquqi xarakter daşıyır və blokada şəraitində yaşayan, lakin Zəngəzur yolunun açılması ilə coğrafi bütövlüyünə qovuşacaq bir ərazi vahidinin inkişafına xidmət edir:

"Artıq ölkəmizdə müharibədən sonra yeni hüquqi şərait formalaşıb. Naxçıvanın inkişafı üçün operativ və birbaşa idarəçiliyi bərqərar etmək üçün konstitusion islahatları millətimiz də müdafiə edir. Çünki sənəd gələcəkdə Naxçıvanda kadr quruculuğuna və çevik qərarların qəbuluna yol açır".(oxu.az)

Chosen
9
3
avtosfer.az

7Sources