EN

Qarabağ yeni mövsüm üçün ikinci transferini gerçəkləşdirib

Cbcsport saytından alınan məlumata görə, ain.az bildirir.

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.

Ağdam təmsilçisi ilə 24 yaşlı braziliyalı futbolçu arasında "3+1" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores Kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
24
icma.az

10Sources