AZ

Lənkəranda təcili yardım maşını qəzaya düşdü - FOTO

Lənkəranda Təcili Tibbi Yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Velədi kəndindən keçən hissəsində baş verib.

Səpnəkəran kəndindəki çağırışa tələsən təcili tibbi yardım avtomobili “Hyundai SantaFe” markalı minik maşını ilə toqquşub.

Hadisənin başvermə səbəbləri və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
50
11
bizim.media

10Mənbələr