EN

Filipe Luis: “Çelsi”ni öz oyunumuzu oynayaraq yendik”

“Flamenqo”nun baş məşqçisi Filipe Luis FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 2-ci turunun “Çelsi” ilə oyununu şərh edib.

Arena.az xəbər verir ki, “Flamenqo” bu oyunda İngiltərə klubu üzərində əzmkar qələbəyə (3:1) imza atıb.

39 yaşlı braziliyalı mütəxəssis matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Hesab edirdim ki, bizim onlara qarşı imkanımız olacaq. Komandamla çox qürur duyuram, çünki Ueslinin səhvi nəticəsində Pedru Netunun vurduğu qoldan sonra, biz dayanıb yerimizdə saymadıq. Biz öz futbolumuzu oynamağa davam edirdik. Buna görə mənim qəlbim istiliklə doludur.

Bruno Enrike – xüsusi oyunçudur, o, klubumuzun qənimətlər baxımından tarixən ən zəngin futbolçusudur. Onun meydana bir, beş və ya 90 dəqiqəlik müddətə çıxması vaxib deyil – o, həmişə axıra qədər can qoyur. Mən onun üçün şadam”, deyə Felipe Luis vurğulayıb.

2 turdan sonra “Flamenqo”nun yer aldığı “D” qrupunda mənzərə belədir:

  1. “Flamenqo” – 6 xal;
  2. “Çelsi” – 3 xal;
  3. “Esperans” – 3 xal;
  4. “Los Anceles” – 0.
Chosen
14
arena.az

1Sources