EN

UNEC-də “Abituriyent Aylığı”na start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Abituriyent Aylığı”na start verilib.

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.

Abituriyent və valideynlər, eləcə də UNEC-ə qəbul olmaq istəyən əcnəbi vətəndaşlar üçün nəzərdə tutulmuş “Abituriyent Aylığı” iyun ayının 21-dən iyul ayının 21-dək davam edəcək.

“Abituriyent aylığı” çərçivəsində abituriyentlər və valideynlər hər həftənin cümə günü (V gün) UNEC rektoru, professor Ədalət Muradovla görüşmək imkanı əldə edəcəklər.

Həftənin II günləri isə universitetin bütün tədris binalarında “Açıq qapı günü” keçiriləcək. 

Həmçinin abituriyentlər üçün “Gələcəyin ixtisasları” mövzusunda ixtisas müəllimi ilə görüş təşkil olunacaq.

“Abituriyent aylığı” çərçivəsində keçiriləcək tədbirlər barədə ətraflı məlumat almaq məqsədilə UNEC Bot (0124926043) vatsap kanalı istifadəyə verilib. Abituriyentlər ay ərzində suallarını UNEC Bot-a yaza, həmçinin görüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Ay ərzində gündəlik olaraq UNEC-in rəsmi sosial hesablarında universitet barədə məlumatlar paylaşılacaq.

UNEC abituriyent və valideynləri onlar üçün yaradılmış bu imkanlardan faydalanmağa və gələcək peşə seçimində doğru addım atmağa dəvət edir.

Chosen
1
5
azedu.az

8Sources