Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)“Abituriyent Aylığı”na start verilib.
Abituriyent və valideynlər, eləcə də UNEC-ə qəbul olmaq istəyənəcnəbi vətəndaşlar üçün nəzərdə tutulmuş “AbituriyentAylığı” iyun ayının 21-dən iyul ayının 21-dək davamedəcək.
“Abituriyent aylığı” çərçivəsində abituriyentlər və valideynlərhər həftənin cümə günü (V gün) UNEC rektoru, professor ƏdalətMuradovla görüşmək imkanı əldə edəcəklər.
Həftənin II günləri isə universitetin bütün tədris binalarında“Açıq qapı günü” keçiriləcək.
Həmçinin abituriyentlər üçün “Gələcəyin ixtisasları” mövzusundaixtisas müəllimi ilə görüş təşkil olunacaq.
“Abituriyent aylığı” çərçivəsində keçiriləcək tədbirlər barədəətraflı məlumat almaq məqsədilə UNEC Bot (0124926043)vatsap kanalı istifadəyə verilib. Abituriyentlər ayərzində suallarını UNEC Bot-a yaza, həmçinin görüşlərdə iştiraketmək üçün qeydiyyatdan keçə bilərlər.
Ay ərzində gündəlik olaraq UNEC-in rəsmi sosial hesablarındauniversitet barədə məlumatlar paylaşılacaq.
UNEC abituriyent və valideynləri onlar üçün yaradılmış buimkanlardan faydalanmağa və gələcək peşə seçimində doğru addımatmağa dəvət edir.