EN

Koreyanın ibtidai məktəbində Azərbaycan Günü təşkil olunub (FOTO)

Bakı. Trend:

Koreya Respublikasının İnçon şəhərində yerləşən İnçon Beqhakİbtidai Məktəbində Azərbaycan Günü münasibətilə maarifləndiricimədəni tədbir təşkil olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, məktəbin 1, 2 və 3-cü sinif şagirdlərinin fəaliştirak etdiyi tədbir İnha Universitetinin professoru O Yonq Sob vəLeyla Məsimlinin layihəsi əsasında baş tutub.

Tədbirin əsas təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi,İnha Universitetinin Multikulturalizm fakültəsi, İnçon TəhsilŞöbəsi, Beqhak İbtidai Məktəbi, təşəbbüskarı isə professor O YonqSob və Leyla Məsimlidir.

Şagirdlərə Azərbaycan haqqında ümumi məlumat verilib, ölkəmizinzəngin mədəniyyəti, milli geyimlərimiz və mətbəximiz barədə ətraflıdanışılıb. Eyni zamanda, Azərbaycan nağılları səsləndirilib,şagirdlərə xalq ədəbiyyatımızın inciləri ilə tanış olmaq imkanıyaradılıb. Tədbir zamanı ölkəmizə məxsus müxtəlif suvenirlərnümayiş etdirilərək Azərbaycanın milli dəyərləri daha da yaxıntanıdılıb.

Təqdim olunan məlumatlara əsasən şagirdlər üçün viktorina təşkilolunub. Azərbaycanla bağlı verilmiş sualları düzgün cavablandıranşagirdlərə hədiyyələr verilib.

Bundan əlavə, İnha Universitetinin azərbaycanlı tələbələrininmilli musiqi alətlərində ifası və rəqslərimiz uşaqların, eləcə dədigər tədbir iştirakçılarının böyük marağı ilə qarşılanıb.

Tədbirin sonunda bütün şagirdlərə komitənin dəstəyiləhazırlanmış, üzərində Azərbaycanla bağlı loqolar və simvollar olanxatirə hədiyyələri təqdim edilib.

Bu cür tədbirlər Koreyada Azərbaycan mədəniyyətinin təbliği vəiki ölkə arasında mədəni körpülərin qurulması baxımından xüsusiəhəmiyyət kəsb edir.

Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Koreyanın
Chosen
6
1
az.trend.az

2Sources