Biləsuvar rayonunun mərkəzində, Mübariz İbrahimov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı “Hubdai” minik avtomobili ilə “Qazel” sərnişin mikroavtobusu toqquşub.
Qəza nəticəsində xəsarət alan şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Sabutay, Bizim.Media, Cənub bürosu