Dubayda təşkil olunan “FISO – Future Intelligence Students Olympiad” beynəlxalq yarışının 2-ci qlobal mərhələsində Azərbaycanın daha bir yetirməsi uğurla çıxış edib.
Bakıvaxtı.az xəbər verir ki, Xətai rayonu, S.Həsənov adına 63 nömrəli tam orta məktəbin şagirdi Rauf Müzəffərov olimpiadada “IQ” kateqoriyası üzrə qızıl medala layiq görülüb. Gənc istedad yarışda yüksək nəticə göstərərək, beynəlxalq səviyyədə ölkəmizi təmsil edib.
Tədbirin sonunda Rauf Müzəffərova təşkilatçılar tərəfindən “Təşəkkür Sertifikatı” və qızıl medal təqdim olunub.