Busaat.az xəbər verir ki, Xətai rayonu, S.Həsənov adına 63 nömrəli tam orta məktəbin şagirdi Rauf Müzəffərov olimpiadada “IQ” kateqoriyası üzrə qızıl medala layiq görülüb. Gənc istedad yarışda yüksək nəticə göstərməklə yanaşı, tədbir zamanı milli mədəniyyətimizi təmsil edən incə detallar da diqqətdən yayınmayıb.
Tədbirin sonunda Rauf Müzəffərova təşkilatçılar tərəfindən “Təşəkkür Sertifikatı” və qızıl medal təqdim olunub. Belə uğurlar Azərbaycanın gənc nəsillərinin həm intellektual, həm də mədəni potensialını dünyaya nümayiş etdirmək baxımından böyük önəm daşıyır.

