EN

Sakarya sahilində mənşəyi naməlum pilotsuz hava aparatı tapıldı

BAKI, TurkicWorld

Türkiyənin Sakarya şəhərində mənşəyi bilinməyən bir Pilotsuz Uçuş Aparatı (PUA) aşkarlanıb.

TurkicWorld xəbər verir ki, hadisə ilə bağlı dərhal Sakarya Polis İdarəsi məlumatlandırılıb.

Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən tapılan pilotsuz hava aparatı sahədən götürülərək Sakarya Sahil Təhlükəsizlik Komandanlığına təhvil verilib.

Mənşəyi hələ müəyyən olunmamış PUA-nın Su Altı Müdafiə (SAS) qrupları tərəfindən təhlil ediləcəyi və təhlükəsiz bir ərazidə saxlanılacağı bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Chosen
12
turkic.world

1Sources