EN

Türkiyədə partiya sədri qardaşı tərəfindən öldürüldü

Ərzurumda Osmanlı Ocaqları və Ocaq Partiyasının sədri Kadir Canpolat qətlə yetirilib. 

"Unikal" xəbər verir ki,  bu  barədə Türkiyə mediası məlumat dərc edib. 

Məlumata görə, 45 yaşlı iş adamı böyük qardaşı M.Canpolat tərəfindən silahla vurulub.  Ağır yaralanan və təcili yardımla Horasan Dövlət Xəstəxanasına göndərilən Kadir Canpolat, edilən müdaxiləyə baxmayaraq dünyasını dəyişib. Şübhəli şəxs jandarma tərəfindən saxlanılıb.

Gülayə Mecid 

Chosen
14
3
unikal.az

5Sources