EN

Polşalı diplomatlar Qarabağa ikigünlük səfəri yüksək qiymətləndiriblər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşanın Azərbaycandakı diplomatları ölkədə akkreditə olunmuş diplomatik korpusun tərkibində Qarabağ regionuna ikigünlük səfəri çox maraqlı adlandırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Polşanın Bakıdakı səfirliyi Azərbaycan Respublikası Prezident Administrasiyasının kollektivinə diplomatik korpusun Qarabağa çox maraqlı və yaxşı təşkil olunmuş səfərinə görə təşəkkür edir", - paylaşımda qeyd edilib.

Qeyd edə ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna ikigünlük səfər edib.

Polşa Respublikasının Bakıdakı Səfirliyi Azərbaycan ?? Respublikası Prezident Administrasiyasının kollektivinə, diplomatik korpusun Qarabağa çox maraqlı və yaxşı təşkil olunmuş səfərinə görə təşəkkür edir. pic.twitter.com/UiYuzSe9q2

— PLinAzerbaijan (@PLinAzerbaijan) June 21, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
2
oxu.az

3Sources