Polşanın Azərbaycandakı diplomatları ölkədə akkreditə olunmuş diplomatik korpus tərkibində Qarabağ regionuna ikigünlük səfəri çox maraqlı adlandırıblar.
"Report" xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Polşanın Bakıdakı səfirliyi Azərbayca Respublikası Prezident Administrasiyasının kollektivinə, diplomatik korpusun Qarabağa çox maraqlı və yaxşı təşkil olunmuş səfərinə görə təşəkkür edir”, - paylaşımda qeyd edilib.