“İlkin səhiyyə xidməti çərçivəsində psixoloji xidmətlər icbari tibbi sığorta hesabına göstərilir”. Bunu Metbuat.az-a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova söyləyib. O qeyd edib ki, vətəndaşlar psixoloji dəstək xidmətindən yararlanmaq üçün aidiyyəti üzrə ilkin səhiyyə müəssisələrinə – ailə sağlamlıq mərkəzlərinə, poliklinikalara, kənd həkim məntəqələrinə müraciət edə bilərlər. Sevinc İbrahimzadə / Metbuat.az