EN

Millimiz çempion oldu - "Airom Cup"

Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlanlar arasında keçirilən "Airom Cup" beynəlxalq basketbol turniri başa çatıb.

"Football-plus.az" xəbər verir ki, bu gün baş tutan final oyununda U-14 yığmamız Gürcüstanın "Kutaisi" komandası ilə qarşılaşıb.

Görüş basketbolçularımızın 64:41 hesablı qələbəsi ilə yekunlaşıb. Turnirdə bütün rəqibləri qalib gələn U-14 yığmamız "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.

Chosen
20
2
football-plus.az

10Sources