EN

Türkmənistan vətəndaşı Hacıqabulda baş verən qəzada ölüb

Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkmənistan vətəndaşı 1990-cı il təvəllüdlü Nurgəldiyev Nuryağdının idarə etdyi TIR yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
28
10
olke.az

10Sources