Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb.
"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Türkmənistan vətəndaşı 1990-cı il təvəllüdlü Nurgəldiyev Nuryağdının idarə etdyi TIR yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.