EN

Bu rayonun 37 kəndində qaz olmayacaq

İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq.

Hakimiyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb..

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasında təzyiq tənzimləyicisinin, kürəvi kranın və flans birləşməsinin ləğvidir.

Bununla bağlı iyunun 23-də saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 37 kənd üzrə 17 000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Chosen
20
18
hakimiyyet.az

10Sources