EN

İraqın hava məkanında uçuş qadağası uzadıldı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İyunun 13-nə keçən gecədən İraqın hava məkanında mülki aviasiya üçün tətbiq edilən uçuş qadağası daha bir gün uzadılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Bağdad Uçuş İnformasiya Bölgəsinə nəzarət xidməti məlumat yayıb.

Məlumata görə, hava məkanı bazar günü, iyunun 22-si Bakı vaxtı ilə saat 22:00-dək bağlı qalacaq.

Dispetçer xidməti xatırladıb ki, uçuşların dayandırılması fonunda ölkə hakimiyyəti ölkənin cənub-şərqindəki Bəsrə şəhərinə uçuşlara icazə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
oxu.az

1Sources