EN

“Muğam aləmi”nin qalibləri məlum olub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı davam edir. Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsi təşkil olunub.

İki turdan ibarət müsabiqədə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı iştirak edir.

Beynəlxalq münsiflər heyətinin qərarı ilə 14 iştirakçı finala vəsiqə qazanıb. Onların sırasından 6 ifaçı qalib seçilib: ölkəmizi təmsil edən Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin Qran-prisini qazanıb. Farangiz Mahmudova (Özbəkistan) 1-ci yerə, Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnam (hər ikisi Azərbaycandan) 2-ci yerə, Alibek Saparboyev və Dilnoza Akbarova (hər ikisi Özbəkistandan) 3-cü yerə layiq görülüblər. Azərbaycan Milli Konservatoriyasının “Ənənəyə sadiqliyə görə” xüsusi mükafatı isə Çin təmsilçisi – Sintzyan Uyğur muxtar rayonundan musiqi qrupuna təqdim edilib.

Münsiflər heyətində Özbəkistan, Azərbaycan, Türkiyə və Almaniya təmsil olunub.

Müsabiqə laureatlarının yekun konserti bu gün Ağdam Muğam Mərkəzində keçiriləcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
20
xalqqazeti.az

10Sources