EN

ABŞ İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərini bombaladı

ABŞ “B-2” bombardmançıları vasitəsilə İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbə endirib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında məlumat verib.

Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumundan sonra sülh zamanı olduğunu deyib: “Bu gecə mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib. Bu, Amerika Birləşmiş Ştatları, İsrail və dünya üçün tarixi bir andır. İran artıq bu müharibəyə son qoymağa razı olmalı, sülh bağlamalıdır. İranda hələ çox hədəf qalıb. Sonrakı hücumlar daha da dağıdıcı ola bilər”.

Qum ostanının administrasiyası da Fordo nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiqləyib  Qeyd edilib ki, Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb.

Chosen
23
50
heftelik.az

10Sources