AZ

Fordo nüvə obyektinə ciddi zərər dəyib - NYT

İsrail ordusu Fordo nüvə obyektinin hava zərbələri nəticəsində ciddi zərər gördüyünü, lakin tamamilə məhv edilmədiyini bildirib.


News365.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.


Məlumata görə, İran mümkün hücumları nəzərə alaraq obyektin daxilindəki mühüm avadanlıqları və uranı başqa yerə köçürüb.


Qeyd olunur ki, bu addım İranın nüvə proqramını qorumaq və strateji itkiləri minimuma endirmək məqsədi daşıyır.


Xatırladaq ki, bu gün səhər ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib. "Fars" agentliyi zərbədən iki gün öncə Fordodakı nüvə elementlərinin naməlum yerə köçürüldüyünü yazıb.

Seçilən
16
1
news365.az

10Mənbələr