E.ə. II əsrdə Böyük Ümman Bəhri/Sakit Okean sahillərində, Hun-Quz-Saxa/Sak... diyarı hövzəsində formalaşan “Böyük İpək Yolu” Türkdilli xalqların ərazisindən keçdiyindən bu beynəlxalq nəqliyyat dəhlizinin təhlükəsizliyinə nəzarət də, mühafizə olunması da onların ixtiyarında olmuş, eləcə də, bu “ticarət damarı”nın bir sıra istiqamətlərə şaxələnməsi də Türk qəbilə-tayfa İttifaqları və dövlət qurumları ərazilərindən olmuşdur.
Onlardan biri də Çöl Türklərin-Qıpçaqların, Uyğurstan-Qırğızstan hüdudlarından şimala doğru-Bəyaz Türklərin məkanlarına doğru Sabir tayfalarının adı ilə bağlı olan Sabir/Sibir düzəngahınmdan keçən yol idi....
Qərbi Sabir/Sibir diyarının dövlət quruculuğu və tarixi mərhələlərinin yüksək inkişaf mərhələsi XIII-XVI əsrlərdə təşəkkül tapmış, bir sıra sənədli-yazılı tarixi mənbələr (Türk Dünyasının ilk ensklopedik əsəri- Mahmud Qaşqarlının (1029-1101) “Türk dillərinin lüğəti”, tarixçi-həkim, dövlət xadimi Fəzlullah Rəşidəddin Həmədaninin (1247-1318) “Tarixi salnamələr toplusu” kitabı...) bu sahədə xronoloji məlumatlarla zəngindir. Qazaxstan və Sabir/Sibir ərazilərinin (Abu-Su/Ob çayı hövzəsi, qolları İrtış və Təbil/Tobol çayları boyunca, Türkay/Turqay bərzəxi) inziubati-idarəetmə, siyasi-hərbi quruculuğunun əski tarixi e.ə. III-II minilliklərdə təşəkkül tapmış Təkamül-Mədəniyyət mərhələlərinin (Üzür mədəniyyəti, Çərkəzqul dövrü, Sərgət təkamülü...) inkişf xüsusiyyətləri etnomilli səciyyə daşımışdır. Sonrakı minilliklərdə formalaşmış tayfa-qəbilə İttifaqı ilk növbədə həmin tarixi Təkamülün etnomilli dəyər prinsiləri əsasında (ilk növbədə Hun-Uyğur-Moğol...birliklərinin soykökləri, şəcərə nəsilləri timsalında) ictimai-siyasi istiqamətləri özündə ehtiva etmiş (müasir Qazaxstan və Sabir/Sibir diyarında) və güclü, dayanıqlı milli-dövlət sisteminə keçmişdir.
Yeni minilliyin X əsrinədək Qərbi Sabir/Sibir hövzəsində əski Bəyaz/Ağ Türkdilli etnobirliyin ƏrHun/Orxon əlifbası kökündə Hun-Uyğur-Moğol dilinin milli qolları (Hun/Xanti, Minsulular/Minsu, Uyğur/Uğurlar, Skif-İskitlər...) üstünlük təşkil etmişdirsə, IX-XI əsrlərdə Türklərin Şərqdən Qərbə növbəti Böyük köçündə Sarı Türklərin-Moğolların və Çöl Türklərin-Qıpçaqların üstünlük təşkil etməsi, doğma etnoAilə və Dil qruplarına aid qəbilə və tayfalarla assimlyasiya və sintezi (bu amillər sırasına formalaşan dövlət sistemi, hərbi quruculuğ və iqtisadi-təsərrüfat bazasının genişlənməsi, milli-mədəni təkamül və dini-sakral prinsiplərin güclənməsi....kimi dəyərləri də daxil etmək olar) diyarda demoqrafik tərkibin dəyişməsi ilə nəticələnmişdir.
Oturaq həyat tərzi sürən Türkdilli əhali üçün Qərbi Sibir diyarı, xüsusilə, zəngin çay şəbəkəsi balıqçılıq, xəz dəri istehsalı, dulusçuluq, ağacoyma və metalişləmə, toxuculuq, nəqqaşlıq və qiymətli daşların bəzədilməsi, damazlıq heyvandarlıq...kimi sahələr önəmli olmuş, xarici ticari əlaqələrində üstünlük təşkil etmiş, iri yaşayış məntəqələrinin yaranmasına səbəb olmuşdur.
Bu sırada əsasən Qərbi Sabir/Sibir düzənliyi hüdudlarında yaranmış və XIII-XIV əsrlərdən başlayaraq güclü dövlətçilik gələnəklərinə malik olmuş Sibir-Moğol xanlığının yazılı salnmaəsi də (XIII əsrdə yazılmış “Moğolların qısa hekayəti”, Ə.A.Cuneyninin (1226-1283) “Dünya fatehinin tarixi”, rus tarixçisi V.Q.Yanın (1875-1954) “Moğolların yürüşü” kitabları) xüsusilə seçilməkdədir, belə ki, bu dövr dil, irq, din, etimoloji soykökü...baxımından Türkdilli xalqlarla doğma etnos qollarından yaranan Moğolların güclü siyasi-hərbi hakimiyyəti Qərbi Sabir/Sibirdə Şeybanilər sülaləsindən olan Cığatay/Özbək Türklərinin xanlığının yaranmasına vəsilə olmuşdur.
Haşiyə. Türkəsilli Moğol imperiyasının banisi Cingiz xan/Timuçin Yesigey Bahadur oğlunun (1162-1227) böyük oğlu Cuci xanın (1185-1227) 5-ci oğlu, Batı xanın (1205-1255) qardaşı Şaban/Şeybani xanın (1210-1248, Moğol ordusunun baş komandanı) nəslindən olan Sultan Qiyasəddin Məhəmməd oğlu/Özbək xanın (1282-1341) əsasını qoyduğu dövlətin hakim sülaləsi Şeybanilər, dövlət isə-Şeybani dövləti adlanmışdır. Coğrafi məkan baxımından Şeybani dövləti (Mavərənnəhr hakimliyi) Mərkəzi Asiyanı, Qazaxstanı və Qərbi Sabir/Sibiri əhatə etmiş, XIV-XV əsrlərdə güclü dövlət kimi məşhur olmuşdur. Həştərxan xanlığının hakimi Din Məhəmməd, Baqi Məhəmməd və hakim Məhəmməd qardaşları tərəfindən 1599-cu ildə bu dövlət süquta uğramış, Buxara xanlığı hakimiyyətə gəlmişdir.
Etimoloji tərkibcə qədim Türkdillilər sırasında etnodemoqrafik üstünlüyə malik olan Sabirlər tayfasına rəğmən antrotoponim kimi yaranan Sibir diyarının xanlıq inzibati-idasrəetmə sistemi Qızıl Orda hakimiyyəti süquta uğradıqdan sonra 1420-ci illərin əvvəlində Hacı Məhəmməd xan Əli oğlu (1360-1428) dövründə təşəkkül tapmışdır. İrtış çayının sağ sahilində salınan paytaxt Qaşlıq (və ya Əskər) şəhəri e.ə. I minilliyə aid yaşayış məntəqəsi ərazisində salınmışdır. Etnotərkib baxımından üstünlük təşkil edən Türkdilli Mənqurdlar, Cəlayirlilər, Səlcuqlar, Nayman tayfası...dövlət quruculuğunda və idarəedilməsində aparıcı təsirə malik olmuşlar.
1428-1430-cu illərdə Əbül Xeyir xan Dövlət Şeyx oğlu (1412-1469) Sabir/Sibir xanlığında hakimiyyətə gəldikdən sonra 1466-cı ildə paytaxt Sığnaq/ğ şəhəri (Qazaxstan Respublikası Qızıl Orda vilayətindədir) olmuşdur. Qarabağ bölgəsində Xocalı rayonu ərazisində Sığnağ kəndi, Qərbi Azərbaycanın Zəngibasar mahalında Sığnağ/Sınak kəndi (hay kilsəsi 1946-cı ildən “Hayriyants” adlandırır), Ceyrançöl düzəngahına bitişik Kəpənəkçi nahiyəsində Sığnağ kəndi....eyni etimoloji məna daşıyır.
Şabani/Şeybani sülaləsindən olan Kuçum xan hakimiyyətə gəlməklə (1563-cü ildə) inzibati-ərazi və iqtisadi güc baxımdan xeylı güclənmiş, bir sıra xarici ölkələrlərlə (Qazan və Həştərxan xanlığı, Moskva knyazlığı, Uyğurstan, Türküstan ölkələri...) ictimai-siyasi münasibətlər inkişaf etdirilmişdir. XVI əsrin 70-ci illərindən başlayaraq Sabir/Sibir xanlığı hüdudlarına işğalçı rus-kazak silahlı-süvari dəstələrinin genişlənən təcavüzkar basqınlarının qarşısı alındsa da, artıq Moskva knyazlığı tərəfindən güclənmiş, mərkəzləşmiş bu hərbi-siyasi qüvvə (IV İvan (1530-1584) illərində) istilaçı T.Yermak (1532-1585) başda olmaqla Şeybanilər sülaləsindən olmuş Kuçum xan Mutaza oğlunu (1516-1600) məğlub edə bildi, müstəqil xanlığı süquta uğratdı, 26 oktyabr 1582-ci ildə Qaşlıq şəhəri (hazırda Tobolsk şəhərindən 17 km aralıda İsker şəhəri adlanır) ələ keçirildi...
Bu hərbi qəsbkarlıq Moskva knyazlığı-Rusiya dövləti tərəfindən Türk dünyası ölkələrinin işğalının (Aral/Ural dağlarından Böyük Ümman Bəhrinədək) başlanğıc mərhələsini təşkil edir...
Sabir/Sibir xanlığının zəbt olunmasının yekunu 1598-ci ildə Rusiya tərəfindən ilhaqı ilə başa çatdı...
Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi
R.S. Sabir/Sibir xanlığı paytaxtının ərazisində Orta əsrlərin arxeoloji abidəsi kimi “Kuçum şəhərçiyi” milli-mədəni irs nümunəsi qorunub saxlanılır.
R.S.S. Xantı-Mansı Muxtar Dairəsinin Qanunvericilik orqanı (Duması) üzvü Xalid Böyükağa oğlu Tağızadənin (1978) Sabir/Sibir xanlığı, Özbək/Cığatay əsilli Şeybani/Şaban xan haqqında tarixi bilgiləri rəsmi qaydada xatırlatmasına rus millitarist dairələrinin əsassız və qərəzli münasibəti bir daha sübut edir ki, “Türk dünyasının coğrafiyası”, “Türk dunyasının tarixi”, “Türk dünyasının maddi-mədəni, milli-etnoqrafik...təkamül mərhələləri”...istiqamətində elmi-nəzəri tədqiqatların aparılması, öyrətmə mərkəzlərinin yaradılması...XXI əsrdə xüsusilə vacibdir.