EN

İrandan AÇIQLAMA: Yeraltı nüvə obyektlərinə zərər dəyməyib

Fordo obyektlərinə dəyən zərər Amerika mediası və Trampın dediyi qədər böyük deyil və yeraltı obyektlərə heç bir zərər dəyməyib.

Musavat.com xəbər verir ki, bunu Qum xalqının parlamentdəki nümayəndəsi Qasim Rəvanbəxş “Tasnim”ə açıqlamasında bildirib.

“İnsanlar əmin olsunlar ki, İranın əlində olan nüvə texnologiyası bu cinayətlərdən məhv edilə bilməz”, – o deyib.

Qasim Rəvanbəxşin sözlərinə görə, Tramp bu addımı ilə həm özünü, həm də ABŞ qüvvələrini aciz vəziyyətə salıb. Bölgədə öz qüvvələrinə qarşı hərbi əməliyyatlara legitimlik qazandırıb:

“Tramp ən qısa zamanda tabut istehsal edən şirkətlərə bölgədə yerləşən ABŞ əsgərlərinin cəsədlərinin kütləvi daşınması üçün sifariş verməlidir”.

“Yedioth Ahronoth” qəzeti yazır ki, İran yaxın saatlarda İsrailə qarşı hücumlarını yenidən başlayacaq.

Chosen
8
2
editor.az

2Sources