EN

Klassik avtomobil elektromobilə çevrildi - FOTO

"Monarch" və "Bedeo" şirkətlərinin mütəxəssisləri qeyri-adi akkumulyatorla işləyən "Land Rover Defender" yaratmaq üçün bir araya gəliblər.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, yeni model dörd mühərrikə malikdir və onlar təkərlərdə yerləşir.

İyul ayında yeni "Defender" üçün sifarişlər açılacaq. Lakin onun qiyməti gizli saxlanılır.

Təkərlərdə quraşdırılmış 4 elektrik mühərriki birlikdə 480 at gücü hasil edir. Platforma döşəmənin altında yerləşən 75 kilovatlıq akkumulyatorla işləyir və bu akkumulyatorla yolsuzluq avtomobili bir doldurma ilə 245 kilometrə qədər yol qət edə bilir. Akkumulyator 50 kilovatlıq stansiyadan 45 dəqiqə ərzində 80%-ə qədər doldurulur.

İlkin məlumatlara görə, belə bir yolsuzluq avtomobili ən azı 300 min dollara başa gələcək.

Chosen
3
1
avtosfer.az

2Sources