Bakıda “UFC Fight Night” turniri davam edir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə üz-üzə gəlib.
Bu, Musayevin UFC-də debütü olub.
Yüngül çəkidəki görüşdə qırğız idmançısı qələbə qazanıb. Musayev ilk raundun sonlarında ağrıdıcı fəndə görə təslim olub.
Azərbaycanın digər təmsilçisi Nazim Sadıxov Nikolas Mottaya (Braziliya) qalib gəlib.