EN

“Ovyedo” 24 ildən sonra La Liqaya qayıtdı

BAKI, 22 iyun. TELEQRAF

"Ovyedo” 24 ildən sonra İspaniya La Liqasına yüksəlib.

Teleqraf xəbər verir ki, klub buna pley-off matçında “Mirandes”i məğlub edərək nail olub.

İlk matçda “Mirandes” 1:0 hesabı ilə qalib gəlsə də, cavab görüşünün əsas vaxtı “Ovyedo”nin üstünlüyü ilə bitib - 2:1. Ümumi hesab bərabərləşdiyindən, matç əlavə vaxta gedib.

103-cü dəqiqədə Fransisko Portilonun vurduğu qol “Ovyedo”nin qələbəsinə səbəb olub.

Xatırladaq ki, “Ovyedo” sonuncu dəfə 1988 – 2001-ci illərdə La Liqada çıxış edib. Həmin dövrdə klubun futbolçuları arasında sonradan Azərbaycan millisində baş məşqçi kimi çalışmış Robert Prosineçki kimi futbolçular da yer alıb.

Qeyd edək ki, La Liqanı tərk etdikdən sonra “Ovyedo” hətta dördüncü diviziona qədər düşüb. 2015-ci ildə ikinci diviziona qayıdanklub daha 10 ildən sonra nəhayət, elitaya yüksəlib.

Chosen
12
teleqraf.com

1Sources