EN

Klopp Virtsin Liverpul a keçidini şərh etdi

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Liverpul"un keçmiş baş məşqçisi Yürgen Klopp "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsin İngiltərə klubuna transferi ilə bağlı fikirlərini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, "ntv.de" alman mütəxəssisin fikirlərini belə çatdırıb:

"İnanılmaz dərəcədə möhtəşəm olacaq, şübhəm yoxdur. "Liverpul" fantastik komandadır, onlar ötən mövsüm əla idilər. Belə bir heyəti gücləndirmək çox çətindir, xüsusən də çempion olandan sonra. Amma "Liverpul" bunu bacardı. Onlar həqiqətən istedadlı Florian Virtsi əldə etdilər. Onu meydanda görməyə səbirsizlənirəm". 

Qeyd esək ki, 22 yaşlı futbolçu mersisaydlılara İngiltərə futbolu üçün rekord məbləğə başa gəlib. "Liverpul"un qarşı tərəfə bonuslar nəzərə alınmamaqla 125 milyon avro ödəməyəcəyi bildirilir.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
fanat.az

1Sources