EN

Qarabağ dan ayrılan futbolçu Araz Naxçıvan a keçib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Araz-Naxçıvan" heyətini gücləndirmək istiqamətində işləri davam etdirir.

Oxu.Az xəbər verir ki, Naxçıvan təmsilçisi daha bir futbolçunun transferini reallaşdırıb. Patrik Andrade ilə 1+1 il şərti ilə müqavilə imzalanıb.

Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox "Qarabağ"dakı çıxışı ilə tanınıb. O, müxtəlif illərdə ölkəsinin "Sportinq da Praya", "Desportivu da Praya", "Benfika da Praya", Portuqaliyanın "Ribeyran", "Juane", "Moreypense", "Famalikan", "Salqeyruş", Bolqarıstanın "Çerno More", Serbiyanın "Partizan" klublarında çıxış edib. O, ötən mövsümü "Qarabağ"ın heyətində keçirib.

Futbolçu 2020-ci ildən Kabo-Verde millisinin heyətində 20 oyunda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
4
oxu.az

10Sources