EN

Nazim Sadıxov Bakıda keçirilən UFC də qazandığı pulu nəyə xərcləyəcəyini açıqlayıb

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanlı döyüşçü Nazim Sadıxov Bakıda keçirilən UFC turnirində qalib gəldiyi üçün qazandığı 50 min dollar mükafatı nəyə xərcləyəcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, bu pulu faydalı bir işə yatırmaq istəyində olduğunu bildirib.

"Mən öz həyatımı, ailə vəziyyətimi yaxşılaşdırmaq, başqalarına kömək etmək üçün bu oyundayam. Onu nəyə xərcləyəcəyimi görəcəyik. Amma bu pulla "Gelendvagen" almaq fikrində deyiləm", - deyə döyüşçü vurğulayıb.

Qeyd edək ki, ötən gün Nazim Sadıxov Bakıda keçirilən UFC turnirində braziliyalı Nikolas Mottaya texniki nokautla qalib gəlib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
icma.az

2Sources