EN

Dəməşqdə kilsədə terror aktı törədilib, 25 nəfər ölüb, onlarla yaralı var

Dəməşqdə yerləşən kilsədə özünü partladan terrorçu-kemikadzenin İŞİD terror təşkilatına mənsub olduğu müəyyən edilib.

 

Bu barədə "SANA" agentliyi Suriyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

***

 

Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.

 

Bu barədə "SANA" agentliyi məlumat yayıb.

 

Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

 

Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.

 

Nəticədə azı 25 nəfər həyatını itirib, onlarla yaralı var.

 

APA

Tarix: 22 İyun 2025, 22:30   
Chosen
3
7
pravda.az

10Sources