EN

Nüvə silahının yayılmaması rejimi iflasa uğramaq təhlükəsi ilə üz-üzədir - Rafael Qrossi

Bakı. Trend:

Yarım əsrdən artıq beynəlxalq təhlükəsizliyin təməli olan nüvəsilahının yayılmaması rejimi ciddi risklərlə qarşı-qarşıyadır.

Trend-inməlumatına görə, bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasındaçıxış edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəriRafael Qrossi deyib.

“İrandakı dramatik hadisələr dünənki partlayışlar və münaqişəninpotensial genişlənməsi fonunda daha da gərginləşib”, – Qrossibildirib.

O, diplomatik səylərin vacibliyini xüsusi vurğulayıb: “Bizdialoqa və diplomatiyaya qayıtmaq üçün hələ də imkanlarımız var.Əgər bu pəncərə bağlanarsa, zorakılıq və dağıntılar nəzarətdənçıxacaq və qlobal silahların yayılmaması sistemi indi mövcud olduğuformada çökmək təhlükəsi ilə üzləşəcək”.

BAEA rəhbəri İranın nüvə obyektlərinə endirilən zərbələr barədədə məlumat verib. Xüsusilə Natanzdakı uranın zənginləşdirilməsiobyektinə yenidən hücum olunub. “Yanacaq zənginləşdirmə zavoduvurulub, ABŞ isə bu hücumlarda yerə nüfuz edən sursatlardanistifadə olunduğunu təsdiqləyib”, – Qrossi bildirib.

O qeyd edib ki, İran agentliyə “üç obyektdən kənarda radiasiyasəviyyəsində artım olmadığını” bildirib. BAEA vəziyyəti diqqətləizləməyə davam edir və İran tənzimləyicisi ilə əlaqədədir.

Qrossi BAEA müfəttişlərinin İranın nüvə obyektlərinə tamçıxışının bərpa edilməsinin, o cümlədən “60 faiz zənginləşdirilmiş400 kiloqram uranın” hesaba alınmasının zəruriliyini vurğulayıb.“Biz danışıqlar masasına qayıtmalı və Nüvə Silahlarının YayılmamasıMüqaviləsinin mühafizəçiləri olan BAEA müfəttişlərinin İranın nüvəobyektlərinə qayıtmasına icazə verməliyik”, – deyə o əlavəedib.

Rafael Qrossi həmçinin qeyd edib ki, nüvə obyektlərinə silahlıhücumlar heç vaxt baş verməməlidir, çünki bu, həm hücuma məruzqalan ölkə, həm də qonşu ərazilər üçün ciddi təhlükə yarada bilər,radioaktiv maddələrin sızmasına səbəb ola bilər.

“Mən dərhal Agentliyin mandatı çərçivəsində nüvə obyektlərininmühafizəsi və nüvə texnologiyasının dinc məqsədlərlə istifadəolunması üçün bütün maraqlı tərəflərlə əlaqə saxlamağa hazıram”, –Qrossi yekun sözlərində bildirib.

Chosen
9
3
az.trend.az

4Sources