Sea Breeze

Qlobal ərzaq ticarəti qəfil dayansaydı, əhalisinin qida tələbatlarını tam ödəyə biləcək yeganə ölkə Cənubi Amerikanın şimalında yerləşən Qayana olardı.

Oxu.Az xəbər verir ki, bu barədə “Nature Food” jurnalında dərc edilən yeni elmi araşdırmada deyilir.

Bildirilir ki, 800 mindən az əhalisi olan Qayana tam ərzaq müstəqilliyi üçün bütün lazımi təbii şəraitə malikdir.

İsti iqlim ilboyu kənd təsərrüfatı üçün ideal hava şəraitini təmin edir. Okeana birbaşa çıxış kifayət qədər su ehtiyatlarının yığılmasına imkan verir.

Buna görə də, Qayana bütün əsas qida qruplarından kifayət qədər miqdarda məhsul (taxıl, tərəvəz, meyvə, süd məhsulları, ət, balıq və dəniz məhsulları) istehsal etməyə qadirdir.

ETX
ETX
ETX