EN

160 fransız İsraildən geri qaytarıldı: daha iki reys gələcək

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransa Xarici işlər naziri Jan-Noel Barrot bazar günü gecə Yaxın və Orta Şərqdə artan gərginlik səbəbindən İsraildən repatriasiya edilən 160 Fransa vətəndaşının Orli Hava Limanına gəldiyini açıqlayıb.

Bakıvaxtı.az “Lefigaro.fr”ə istinadən xəbər verir ki, İordaniyanın paytaxtı Əmmandan yola düşən təyyarə gecə gec eniş edib. İsraildə 250 min Fransa vətəndaşı olsa da, ölkə həssas qrup hesab edilən vətəndaşları vətənə qaytarmağa başlayıb.

İsraildən geri qayıdan fransızları qarşılayan xarici işlər naziri Jan-Noel Barrot “X” hesabında qeyd edib: “160 fransız bu axşam İsraildən qayıdıb. Daha iki reys gəlir və sabahdan etibarən hərbi təyyarələrimiz yerləşdiriləcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
bakivaxti.az

2Sources