EN

Tramp bu dəfə açıq şəkildə İranda xalqı rejim dəyişikliyinə çağırdı…


ABŞ prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahandakı 3 nüvə obyektinə B-2 gizli bombardmançı təyyarələrlə edilən hücumlardan sonra yeni açıqlamalar verib.

Daha əvvəl hədəflərinin İranda rejim dəyişikliyi olmadığını deyən Tramp bu dəfə açıq şəkildə Xamneyi rejimini devirmək mesajı verib. Tramp “İranda niyə rejim dəyişikliyi olmasın?” deyib.

Truth Social-a açıqlama verən ABŞ prezidenti deyib: “İrandakı nüvə obyektlərinə dəymiş ziyanın böyük olduğu bildirilir. Vuruşlar sərt və dəqiq idi. Ordumuz böyük məharət göstərdi. Təşəkkür edirəm!

“Rejim dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi İranı yenidən böyül edə bilmirsə, niyə rejim dəyişikliyi olmasın?

B-2 pilotları təhlükəsiz şəkildə Missuridə yerə eniblər. Yaxşı bir iş üçün təşəkkür edirik!”

TAHİR

Chosen
17
11
baki-xeber.com

10Sources