Ötən gün Fransanın Lüberon əyalətinin Qoult kəndində toy mərasimi zamanı atəş səsləri eşidilib.
Bakıvaxtı.az “LeParisien.fr”ə istinadən xəbər verir ki, məclis zamanı dörd nəfər əli silahlı hücum edərək, cütlüyə atəş açıblar. Gəlin güllələnib, əri isə yaralanıb. Faciə zamanı 13 yaşlı azyaşlı və digər qonaq da yaralanıb. Atışmanı törədənlərin tapılması üçün böyük polis qüvvələri cəlb olunub.
Qoult kəndinin sakini Daniel hadisə barədə danışıb:
"Biz onların atəşfəşanlıq etdiklərini eşitdik, sonra yenidən yuxuya getdik. Və səhər saat 4:40-da hərbi silahlardan gələn atəş səslərinə oyandıq. Toy idi, gəlin öldü!".
A.Baxış