EN

​ Qalatasaray Osimhenin yerinə yırtıcı hücumçu alır

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

"Qalatasaray" Viktor Osimhen transferinin baş tutmayacağı təqdirdə alternativ namizəd müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" “Tottenhem”in ulduz hücumçusu Riçarlisonun xidmətində maraqlıdır. İddialara görə, "Qalatasaray" artıq futbolçu ilə təmaslar qurub. Bildirilir ki, futbolçu transferə razılıq verib. Qeyd edək ki, Riçarlison 2022-ci ildə “Everton”dan “Tottenhem”ə 58 milyon avroya transfer olunub.

"Qalatasaray" Viktor Osimheni transfer etmək istəsə də, futbolçu yekun qərarını verməyib. Viktor Osimhenə ən yüksək təklifi “Əl Hilal” klubu irəli sürmüşdü. “Əl Hilal” “Napoli”yə 70+5 milyon avro, Viktor Osimhenə isə illik 45 milyon avro təklif etmişdi. İddialara görə, futbolçu təklifi rədd edib. Osimhenin karyerasını Avropada davam etdirmək istədiyi irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
metbuat.az

6Sources