EN

İsrail və Britaniya ABŞ-ın İran hücumunu müzakirə edib

BAKI, TurkicWorld

İsrail və Britaniya XİN rəhbərləri ABŞ-ın İran hücumunu müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı ABŞ-ın İranın nüvə obyektlərinə həyata keçirdiyi hücumla bağlı fikirlərini bölüşüb.

Tərəflər həmçinin İsrailin İrana qarşı davam edən hücumları və Qəzzadakı məhbusların vəziyyətini də müzakirə ediblər.

Saar ABŞ-ın son hava zərbələrini alqışlayaraq, Vaşinqtonun “azad dünyanın lideri” olaraq hərəkət etdiyini vurğulayıb və beynəlxalq ictimaiyyəti Tehrana qarşı sərt addımlar atmağa çağırıb.

Öz növbəsində Lammi İranın xarici işlər naziri Abbas Ərakçi ilə gün ərzində apardığı telefon danışığına toxunaraq, Böyük Britaniyanın ABŞ-ın sözügedən hücumlarında heç bir rolunun olmadığını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın əmri ilə İranın Fordo, Natanz və İsfahan bölgələrində yerləşən nüvə obyektlərinə hava zərbələri endirilib. Hücumlar regionda gərginliyi daha da artırıb.

Chosen
59
50
turkic.world

10Sources