EN

Omandan Azərbaycana investisiyalar 6 dəfədən çox artıb

2025-ci ilin ilk rübündə Azərbaycana Omandan 629 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 529 min ABŞ dolları və ya 6,3 dəfə artıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Omandan yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 100 min ABŞ dolları olub.

Chosen
9
1
fed.az

2Sources