EN

Denni Danon : “İsrailin İranda hələ işləri çoxdur” | VİDEO

AzVision.az bildirir ki, ABŞ prezidenti özünün “Truth Social” social şəbəkəsində etdiyi paylaşımda belə ehtimal irəli sürüb.

“Əgər indiki İran rejimi ölkəni yenidən böyük etmək iqtidarında deyilsə, niyə rejim dəyişilməsin?”,- Donlad Tramp ritorik sualla müraciət edib.

Amerika lideri, həmçinin ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) zərbəsindən sonra İranın nüvə obyektlərinə “möhtəşəm” ziyan dəydiyini bildirib.

- İranın nüvə obyektlərinə dəyən zərər monumental ziyan kimi qiymətləndirilir. Zərbələr sərt və dəqiq olub. Ordumuz böyük məharət nümayiş etdirdi”, - Tramp vurğulayıb.

Maraqlıdır ki, elə bu arada, İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon İsrailin hələ də İranda vuracağı çoxlu hədəflərin qaldığını iddia edib.

O, İsrail qüvvələrinin yalnız hərbi hədəflərə hücum etdiyini, İran qüvvələrinin isə mülki binaları hədəf aldığını bildirib. Danon, eyni zamanda, Tehranı“addımlarında çox diqqətli olmağa” çağıraraq, növbəti hücumların“üstün və ədalətli güclə"qarşılanacağı ilə bağlı Tehrana xəbərdarlıq ünvünlayıb.

Bununla belə, israilli diplomat bildirib ki, İran ərazisinə endirilən zərbələr onun rəhbərliyini dəyişmək məqsədi daşımayıb, bu məsələni iranlılar özlərihəll etməlidir.






Sahil İsgəndərov
AzVision.az

Chosen
2
34
azvision.az

10Sources