EN

Cəlilabadda keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb

Operativ MM saytına istinadən ain.az xəbər verir.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Babək Kərimli saxlanılıb.

DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin şəxsdən 13 kiloqram marixuana və 199 ədəd metadon həbi aşkarlanıb.

Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, B.Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
23
operativmm.az

10Sources