Avqustun 21-dən 23-dək Aşqabadda "Kids Expo 2025: Hər şey Uşaqlar üçün" Beynəlxalq Sərgi və Yarmarkası keçiriləcək.
Hafta.az-ın yazdığına görə, tədbir uşaqların tərbiyəsi, təhsili və asudə vaxtının təşkili sahəsində peşəkar təcrübə mübadiləsi və müasir həllərin nümayişi üçün qabaqcıl sənaye nümayəndələrini bir araya gətirərək, uşaqlar üçün mal və xidmətlər sahəsində mühüm tədbir olacağını vəd edir.
Uşaq malları və xidmətləri seqmentində çalışan şirkətlər üçün “Kids Expo” sərgisində iştirak innovativ inkişafları təqdim etmək, biznes üfüqlərini genişləndirmək və dövlət və özəl sektorun əsas tərəfdaşları ilə faydalı əlaqələr qurmaq imkanı olacaq.
Sərgi həm də məktəb, uşaq bağçası, təhsil mərkəzləri və uşaqların inkişafı sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri ilə görüşlər platformasına çevriləcək.
Xatırladaq ki, ötən il 90-dan çox iştirakçını bir araya gətirən sərgini 10 mindən çox insan ziyarət etmişdi.