EN

Aİ İranın nüvə proqramı ilə bağlı sanksiyaları bərpa edə bilər

BAKI, 23 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı ilə bağlı vəziyyətin pisləşəcəyi təqdirdə Tehrana qarşı sanksiyaların yenidən tətbiq olunmasını istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bilidirib.

“Birgə Hərtərəfli Fəaliyyət Planı (Saziş) çərçivəsində İranın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Əgər nüvə proqramı ilə bağlı vəziyyət yaxşılaşmasa, bu sənəddə sanksiyaların bərpasına imkan verən mexanizm nəzərdə tutulub”, – o qeyd edib.

Onun sözlərinə görə, İranın iqtisadi vəziyyəti onsuz da ağırdır və bu, ilk növbədə, İran xalqı üçün mənfi nəticələr doğurur:
“Biz çalışırıq ki, İran nüvə proqramını yenidən bərpa etməsin. Bu, nə region, nə də dünya üçün arzuolunan deyil".

Chosen
6
teleqraf.com

1Sources