EN

Doktorantların sayı açıqlandı

BAKI, 23 iyun. TELEQRAF

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 50,2 faizi qadın olmaqla 3304 nəfər təhsil alıb. Təhsil alanların 82,5 faizi fəlsəfə, 17,5 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıblar.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, təhsil alanların 31,6 faizi elmi müəssisə və təşkilatlarda, 68,4 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 27,4 və 72,6 faiz, elmlər doktoru proqramı üzrə isə 51,7 və 48,3 faiz təşkil edib

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 57,0 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 28,4 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2726 nəfərin 563-ü texnika, 550-si iqtisad, 246-sı filologiya, 166-sı tibb, 165-i pedaqogika, 155-i siyasi, 123-ü biologiya, hər birində 110 nəfər olmaqla 220-si hüquq və yer elmləri, 92-si tarix, 84-ü kimya, 79-u riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Chosen
17
5
teleqraf.com

6Sources