EN

"Liverpul" mərkəz müdafiəçisini Almaniya klubuna satır - MƏBLƏĞ

"Liverpul"un mərkəz müdafiəçisi Carell Kuansa karyerasını Almaniyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Kuansa artıq "Bayer Leverkuzen"lə razılığa gəlib. Bundesliqa klubunun bu keçid üçün İngiltərə nəhənginə 35 milyon avro + müxtəlif bonuslar şəklində 5 milyon avro ödəyəcəyi, "Liverpul"un isə sözügedən oyunçunu geri almaq hüququna malik olacağı bildirilib. Mənbə 22 yaşlı futbolçunun "əczaçılar"la müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayacağını vurğulayıb.

Qeyd edək ki, son mövsümdə bütün turnirlərdə 25 matça çıxan Kuansa məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun mersisaydlılarla anlaşmasının müddəti 2029-cu ilə qədərdir.

Nihat

Chosen
10
fanat.az

1Sources