Avstriyanın "Şturm" klubunun hücumçusu Vilyam Bevinq İtaliya nəhəngi “Roma”nın maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "Calciomercato"ya istinadən yaydığı məlumata görə, 22 yaşlı futbolçu paytaxt təmsilçisi tərəfindən çox yönlü hücumameyilli oyunçu kimi dəyərləndirilir. "Canavarlar" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
A Seriyanın digər klubu “Atalanta” da hücum xəttini gücləndirmək məqsədilə Bevinqin vəziyyətini yaxından izləyir.
Danimarkalı futbolçu geridə qalan mövsümdə Avstriya çempionatında və digər turnirlərdə parlaq çıxışı ilə seçilib. O, "Şturm"un heyətində 42 oyuna çıxaraq 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bevinqin “Şturm”la müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. “Transfermarkt” portalına əsasən, gənc hücumçunun bazar dəyəri hazırda 8 milyon avro civarındadır.